Modern.az

“Azərbaycan” nəşriyyatında təmir nə vaxt başlayacaq?

“Azərbaycan” nəşriyyatında təmir nə vaxt başlayacaq?

7 Avqust 2012, 15:52

Uzun illərdir istismarda olan "Azərbaycan" Nəşriyyatının əsaslı təmir olunacağı barədə bu ilin əvvəlində məlumatlar yayılmışdı. Hətta nəşriyyatın təmiri zamanı heç bir köçürülmə olmayacağı və təmirin hissə-hissə aparılacağı qeyd edilmişdi.

Modern.az-a açıqlamasında nəşriyyatının baş direktor müavini Səbuhi Quliyev bildirib ki, hələ təmir işlərinə başlanılmayıb. O qeyd edib ki, təmirin aparılması ilə bağlı hələ sənədlər hazırlanır.

“Bu barədə heç nə deyə bilmərəm. Çünki təmir işlərinə başlanılmayıb. Bu dəqiqə heç bir iş yoxdur. Sənədlər hazırlanır və hazır olduqdan sonra təmir haqqında nəsə danışmaq olar”.

 

Aytən Əliyeva

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi