Modern.az

““Aqrolizinq”in bir neçə əməkdaşı haqqında həbs-qəti imkan tədbiri seçilib”

““Aqrolizinq”in bir neçə əməkdaşı haqqında həbs-qəti imkan tədbiri seçilib”

Təhsil

7 Avqust 2012, 20:06

“Aqrolizinq”in hansısa rayon bölmələrində nöqsanlar olur. Bu gün bir neçə “Aqroservis”in işi hüquq-mühafizə orqanlarındadır və bir neçə əməkdaş haqqında həbs-qəti imkan tədbiri seçilib”.  
Modern.az xəbər verir ki, “Aqrolizinq” ASC ilə bağlı narazılıqlara olmasına  aydınlıq gətirən kənd təsərrüfatı naziri İsmət Abbasov belə deyib. O, bildirib ki, bütün növ məhsul istehsalında artım var.
”Son rəqəmlər də bunu deməyə əsas verir. Ümumilikdə son altı ayda kənd təsərrüfatında 10,4% artım olub. Təbii ki, Azərbaycanın aqrar sektorunda əldə olunmuş uğurlarda “Aqrolizinq” ASC-nin də böyük rolu var”.

Nazirin sözlərinə görə, vaxtı ilə bu təşkilatın yaradılması, sonra isə onun fəaliyyətinin genişləndirilməsi barədə ölkə rəhbərliyinin qərarları sayəsində yerli fermerlər “Aqrolizinq” timsalında böyük dəstək əldə ediblər. Bura həm texniki servis, həm də gübrələrin güzəştli şərtlərlə verilməsi və digər xidmətlər aiddir. 
Bununla yanaşı, nazir bildirib ki, bəzən təşkilatın işində nöqsanların olması da danılmazdır:

 “Ola bilsin ki, “Aqrolizinq”in hansısa rayon bölmələrində nöqsanlar olur. Amma həm təşkilatın rəhbərliyi, həm də nazirlik bunun qarşısını almaq üçün tədbirlər görür. Belə insanlar barəsində dərhal qərarlar qəbul olunur, onlar işdən azad edilir və ya əgər cinayət xarakterli məsələ varsa, onlar hüquq-mühafizə orqanlarına verilir və bu gün bir neçə “Aqroservis”in işi hüquq-mühafizə orqanlarındadır və bir neçə əməkdaş haqqında həbs qəti-imkan tədbiri seçilib”.    

Gültəkin Ələsgər
 
Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi