London Olimpiadasında yarışan Azərbaycan idmançılarının çıxışını qənaətbəxş hesab etmək olmaz. 11 gündən sonra Olimpiadadakı 53 idmançımızdan 32-si uğursuz çıxışı ilə yadda qalıb. Hələlik Azərbaycanın aktivində 5 medal var.
London Olimpiadasında idmançılarımızın çıxışı aşağıdakı kimi olub:
Ümidləri doğruldanlar
Ağırlıqaldıran Valentin Xristov (56 kq) bürünc medal qazanıb.
Yunan-roma güləşçiləri Rövşən Bayramov (55 kq) gümüş, Emin Əhmədov (74 kq) isə bürünc medal qazanıb.
Boksçular Teymur Məmmədov (91 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) yarımfinala vəsiqə qazanıblar. Bu isə o deməkdir ki, onların hər ikisi ən azı bürünc medalı özləri üçün təmin ediblər.
Mübarizəni davam etdirənlər
Kanoe növündə 2 nəfərlik qayıqla (C-2) 1000 metr məsafəyə yürüşdə Sergey Bezuqlı və Maksim Prokopenko dueti final mərhələsinə vəsiqə qazanıb
Uğursuz çıxış edənlər
Cüdoçular Tərlan Kərimov, Elmar Qasımov, Rüstəm Orucov, Elxan Məmmədov, Ramilə Yusubova, İlqar Muşkiyev, Elnur Məmmədli və Kifayət Qasımova;
İdman gimnastı Şakir Şıxəliyev;
Üzgüçü Oksana Hətəmxanova, Yevgeni Lazuka;
Boksçular Elvin Məmişzadə, Heybətulla Hacıəliyev, Vətən Hüseynli, Məhəmməd Əbdülhəmidov, Soltan Migitinov, Yelena Vıstropova;
Ağırlıqqaldıranlar Boyanka Kostova, İntiqam Zairov, Sərdar Həsənov, Əfqan Bayramov, Veliçko Çolakov;
Güllə atıcısı İradə Aşumova;
Velosipedçi Yelena Çalıx;
Qılıncoynadan Səbinə Mikina;
Akademik avarçəkənlər Aleksandr Aleksandrov, Nataliya Mustafayeva;
Yüngül atlet Dmitri Marşin;
At çaparı Camal Rəhimov;
Güləşçilər Səman Təhmasibi, Şalva Qadabadze, Həsən Əliyev.
Modern.az