Modern.az

Murtuz Ələsgərovla vida mərasimi başa çatdı

Murtuz Ələsgərovla vida mərasimi başa çatdı

8 Avqust 2012, 17:12

Azərbaycan Milli Məclisin keçmiş sədri Murtuz Ələsgərovla vida mərasimi başa çatdı. Modern.az-ın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, Şəhriyar adına Mədəniyyət Sarayında keçirilən vida mərasimində mərhumun yaxınları, ailə üzvləri  ilə yanaşı, dövlət və hökumət nümayəndələri, millət vəkilləri iştirak ediblər.

Mərasim başa çatdıqdan sonra mərhumun cənazəsi I Fəxri Xiyabana aparılır.

Qeyd edək ki, Milli Məclisin sabiq sədri Murtuz Ələsgərov dünən 84 yaşında dünyasını dəyişib.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu