Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev London Olimpiadasında ölkəmizə qızıl medal qazandıran idmançıları təbrik edib.
“Bu qələbə bizim üçün böyük əhəmiyyət kəsb edir. Mən həm millət vəkili olaraq, həm də QHT Şurası adından başda prezidentimiz olmaqla idmançılarımızı və ümumilikdə bütün Azərbaycan xalqını bu böyük qələbə münasibəti ilə təbrik edirəm. Qaliblərimizə bundan da böyük uğurlar, müvəffəqiyyətlər arzulayıram. Mən buna əminəm ki, biz ən böyük qələbəmizi Qarabağda qazanacağıq. İnşallah zəfər bayrağımız doğma Qarabağımızda dalğalanacaq. Qazandığımız uğurlar, qələbələr bizi Qarabağımıza daha da yaxınlaşdırır”.
Anar RÜSTƏMOV