Modern.az

ABŞ-da ermənipərəst konqresmen vitse-prezident olacaq

ABŞ-da ermənipərəst konqresmen vitse-prezident olacaq

12 Avqust 2012, 18:04

ABŞ-da keçiriləcək prezident seçilərində Respublikaçılar Partiyasının namizədi Mit Romni vitse-prezident postuna təyin edəcəyi namizədin adını rəsmən açıqlayıb. Modern.az bildirir ki, bu Viskonsi ştatının 42 yaşlı konqresmeni Pol Rayandır. Pol Rayan ermənipərəst konqresmen kimi məşhurdur. Belə ki, o bir sıra ermənipərəst təşəbbüsləri ilə tanınıb. Rayan qondarma “erməni genosidi” haqqında 106 saylı qətnamənin həmmüəlliflərindəndir. Bu qətnamə 2007-ci ildə Nümayəndələr Palatasının xarici əlaqələr komitəsində qəbul edilib. Lakin bu qətnamə Ağ Evin təzyiqləri nəticəsində rədd edilib. “Ay Dat” erməni Komitəsinin məlumatına görə, Rayan Azərbaycan əleyhinə 2008-ci ildə imzalanmış və dövlət katibi Kondaliza Raysa göndərilən məktubun da müəllifidir.

Xaqani SƏFƏROĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi