Modern.az

Nazirlik daha 235 müəllimi işə qəbul edib

Nazirlik daha 235 müəllimi işə qəbul edib

Təhsil

13 Avqust 2012, 14:47

Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə, 6-10 avqust tarixlərində ümumi təhsil müəssisələri və peşə liseylərindəki vakant yerlərə müəllimlərin işə qəbulu üzrə keçirilmiş ingilis dili imtahanının nəticələri məlum olub.

İmtahanın nəticələrinə görə, 235 nəfər ingilis dili müəllimi işə qəbul edilib.

 Qeyd edilib ki, avqustun 13-dən ibtidai sinif müəllimlərinin imtahanına başlanılıb. Avqustun 18-dək davam edəcək bu imtahanda 3764 nəfər namizəd 143 vakant yer üzrə mübarizə aparacaq.

Anar RÜSTƏMOV

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi