Modern.az

Paytaxtda sudan qanunsuz istifadə halları aşkarlanıb

Paytaxtda sudan qanunsuz istifadə halları aşkarlanıb

13 Avqust 2012, 17:50

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti içməli suyun dəqiq uçotunun aparılması və sudan qeyri-qanuni istifadə hallarının aradan qaldırılması istiqamətində nəzarət  tədbirlərini davam etdirir. Qurumun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, həyata keçirilən nəzarət tədbirləri nəticəsində Abşeron rayonu Masazır qəsəbəsi Əliağa Vahid küçəsində yerləşən,  fiziki şəxs Elşad Abdullayevə məxsus qarajda içməli sudan qeyri-qanuni istifadə faktı aşkarlanıb. Belə ki, cari ilin iyun ayında obyektdə smart-kart tipli su sayğacı quraşdırılsa da ötən müddətdə heç bir ödəniş aparılmayıb, qarajın yerləşdiyi ərazidə fəaliyyət göstərən avtoyuma, kafe və  avtomobil təmiri sexləri içməli sudan qeyri-qanuni istifadə edib. Obyektin su təchizatı sisteminə baxış keçirilərkən məlum olub ki, burada 2 ədəd 15 mm və 1 ədəd 32 mm diametrli borularla qeyri-qanuni çəkilmiş su xətdindən  istifadə olunub. Bununla əlaqədar fakt aktlaşdırılıb və obyektin su təchizatı dayandırılıbdır. Sudan qeyri-qanuni istifadə edilməsinə görə “Azərsu” ASC-yə dəymiş zərər qiymətləndiriləcək və fiziki şəxs  Elşad Abdullayevə qarşı cərimə tətbiq  olunacaq. Qeyd edək ki, həmin obyektin sahibi içməli sudan qeyri-qanuni istifadə etdiyinə görə bundan əvvəl də  cərimə olunub.  


 

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi