Modern.az

Magistraturanın boş yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlandı

Magistraturanın boş yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlandı

13 Avqust 2012, 20:09

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2012/2013-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlerinə qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələrini açıqlayıb. TQDK-nın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, nəticələr artıq qurumun rəsmi saytında yerləşdirilib – ( //tqdk.gov.az/mag2012net4/)

Qeyd edək ki, 1373 vakant yer üzrə aparılan müsabiqədə iştirak etmək üçün 667 nəfər bakalavr ərizəsində ixtisas seçimi aparaq təsdiqləyib. Onların 579 nəfəri Azərbaycan, 88 nəfəri rus bölməsi üzrə sənəd verib.

 Anar RÜSTƏMOV

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi