Modern.az

Hava yenə isti olacaq – Xəbərdarlıq

Hava yenə isti olacaq – Xəbərdarlıq

Təhsil

14 Avqust 2012, 12:14

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında avqustun 15-də hava şəraitinin əsasən günəşli keçəcəyi gözlənilir. Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 23-27, gündüz 36-38, bəzi yerlərdə 40 dərəcə isti təşkil edəcək. Avqustun 15-16-da Abşeron yarımadasında günəşli hava şəraitinin davam edəcəyi, zəif cənub küləyinin əsəcəyi gözlənilir.

 Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 26-27, Buzovna, Mərdəkan, Şüvəlanda 27-28, Türkan, Hövsan, Şıx, Sahildə 29-30 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26, gündüz 36-39, bəzi yerlərdə 42, dağlarda gecə 14-18, gündüz 29-34 dərəcə isti olacaq.

 Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi