İran İslam Respublikası hələ də Azərbaycana səfir təyin etməyib. İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən bununla bağlı Modern.az saytına açıqlama verilib.
“Hələlik yeni səfir təyin olunmayıb. Yeni səfirin nə zaman təyin olunacağı və onun kimliyi ilə bağlı bizdə heç bir məlumat yoxdur. Sadəcə bir tək onu bilirik ki, İran İslam Respublikası Azərbaycana yeni səfirini təyin etməyib. Biz də gözləyirik”, - deyə səfirlikdən bildirilib.