Modern.az

İran humanitar yardımları qəbul edib

İran humanitar yardımları qəbul edib

Təhsil

14 Avqust 2012, 15:31

İranın rəsmi dairləri şərqi Azərbaycan əyalətində baş verən təbii fəlakətlə bağlı xarici ölkələrin göndərdiyi humanitar yardımları qəbul etməyə hazır olduqlarını açıqlayıblar. Modern.az-ın İran mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə prezidentin köməkçisi Məhəmməd Rza Rəhimi məlumat verib.

O, ötən həftə İranın şərqi Azərbaycan əyalətində baş verən dəhşətli zəlzələnin nəticələrinin aradam qaldırılmasına və zəlzələ qurbanlarına humanitar yardım göstərmək istəyən dövlətlərə müraciət edərək onların yardımını qəbul edəcəklərini deyib.

Qeyd edək ki, rəsmi Tehran heç bir ölkədən yardım almayacaqlarını, fəlakətin aradan qaldırılması üçün kiməsə ehtiyac duymadıqlarını bildirmişdilər. Həmçinin İran tərəfi Rusiya, Türkiyə, Amerikanın yardım təklifini qəbul etməmişdi.

 Xatırladaq ki, avqustun 11-də İranın şimal-şərqində baş verən zəlzələ nəticəsində 300-dən çox insan ölüb, 2000 mindən çox insan isə yaralanıb.

Anar RÜSTƏMOV

 
Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi