Modern.az

“Azərbaycanda matəm elan edilsin”

“Azərbaycanda matəm elan edilsin”

Təhsil

14 Avqust 2012, 16:10

Bütöv Azərbaycan Ocaqları İranda baş vermiş zəlzələnin Güney Azərbaycan şəhərlərində böyük insan tələfatına səbəb olması ilə əlaqədar olaraq Azərbaycan Respublikasinda matəm elan olunması haqda təkliflə çıxış edib.

Təşkilatdan Modern.az-a verilən məlumata görə, baş vermiş faciə ilə bağlı İranın yalnız Şərqi Azərbaycan əyalətində matəm elan olunması qonşu ölkədə soydaşlarımıza qarşı ağır vəziyyətlərdə belə ayrıseçkiliyin, milli düşmənçiliyin olduğunu göstərir.       
“Bu gün Azərbaycan xalqının Güney Azərbaycanda baş verən zəlzələnin ağır nəticələrini öz üzərində hiss etməsini nəzərə alaraq Bütöv Azərbaycan Ocaqları Azərbaycan Respublikasında matəm elan olunmasını təklif edir. Bu qərarla, ağır faciə ilə üzləşmiş xalqımızın dərdinə yaxından şərik ola və dünyada yaşayan bütün azərbaycanlıların həqiqi güvənc yeri olduğumuzu təsdiqləyə bilərik”.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi