Modern.az

Səadət Sarayı fəaliyyətə başladı - nikah mərasimin qiyməti də bəllidir

Səadət Sarayı fəaliyyətə başladı - nikah mərasimin qiyməti də bəllidir

Təhsil

14 Avqust 2012, 16:47


Bir müddət öncə təmirdən çıxan Bakıdakı Səadət Sarayı artıq istifadəyə verilib. Modern.az-a Səadət Sarayından verilən məlumata görə, hazırda sarayda müxtəlif mərasimlər  keçirmək mümkündür. “Nikah mərasimləri üçün  gərək bir ay öncədən bəylə gəlin saraya müraciət etsin”.

Modern.az-ın məlumata görə, sarayda nikah mərasimi çərşənbə və cümə axşamından başqa hər gün müraciət edib, nikah üçün tarix almaq mümkündür. Qiymət isə əsasən saraya müraciət edərkən müəyyənləşir. Qiymətin orta hesabla 130 manat olduğu deyilir.

Sevinc İltifatqızı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi