Türkiyənin Tunceli bölgəsində PKK-lı terrorçular tərəfindən qaçırılan Cümhuriyyət Xalq Partiyasından (CHP) olan millət vəkili Hüseyn Aygün sərbəst buraxılıb.
Modern.az "Sabah"a istinadən bildirir ki, avqustun 12-də qaçırılan CHP millət vəkili Hüseyn Aygün avqustun 14-də terrorçu qrup tərəfindən azad olunub.
Millət vəkili bildirib ki, heç bir sıxıntısı yoxdur və özünü yaxşı hissi edir.
Terrorçular Hüseyn Aygünü, "Axşam" qəzetinin müxbiri Kadir Merkiti və deputatın məsləhətçini pusquya saldıqdan sonra müxbir və məsləhətçini sərbəst buraxarqq, Aygünü özlərilə aparmışdılar.