Məhəmməd adı İngiltərə və Uelsdə oğlanlara qoyulan adlar içərisində birinci yeri tutur. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, 2011-ci ildə İngiltərə və Uelsdə yeni doğulmuş oğlan uşaqlarına qoyulan ən pupulyar ad Məhəmməddir. İkinci yeri isə Harri adı tutur.
Məlumata görə, son beş ildə Məhəmməd adı ingilis oğlanlarına qoyulan adların siyahısına başçılıq edir. Məhəmməd və Harridən sonra Oliver və Cek adları da siyahıya daxildir.