İctimai Palata (İP) Bakə şəhər İcra Hakimiyyətindən Avropa Məhkəməsinə şikayət edəcək. Bu barədə Modern.az saytına Palatanın Koordinasiya Şurasının üzvü Gülağa Aslanlı məlumat verib. Onun sözlərinə görə, müxalifət 1 saylı Bakı İnzibati-İqtisad məhkəməsinin qərarı qeyri-obyektiv olduğu halda, şikayətinin təmin olunması üçün Avropa İnsan Haqları məhkəməsinə müraciət edək. G.Aslanlı dünən keçirilən məhkəmə prosesinin düzgün aparılmadığını bildirərək, şikayətlərini geri götürməyəcəklərini deyib.
“Məhkəmə bizim şikayətimizi qəbul edib. Lakin Azərbaycanda məhkəmə sistemi sərbəst olmadığı üçün bu məsələdə hər hansı obyektiv nəticə gözləmək düzgün olmazdı. Ümid etmirik ki, Bakı İnzibati-İqtisad məhkəməsi bizi xeyrimizə qərar qəbul etsin. Yəqin ki, qərar obyektiv olmazsa, bu işin sonunda biz Avropa İnsan Haqları məhkəməsinə müraciət edəcəyik. Biz mübarizəmizi davam etdirəcəyik, qəti olaraq bildirirəm ki, şikayətimizi geri götürməyəcəyik. Mübarizə sona qədər davam edəcək. Hələlik isə nəticəni gözləyirik”, - deyə G.Aslanlı bildirib.