Modern.az

Şagirdlər əyani tədrisə nə zaman qayıda biləcək? - Təhsil nazirindən CAVAB

Şagirdlər əyani tədrisə nə zaman qayıda biləcək? - Təhsil nazirindən CAVAB

Təhsil

30 Yanvar 2021, 16:23

Fiziki tərbiyə dərsi istisna olmaqla, qalan bütün fənlərin əyani şəkildə tədrisinin tərəfdarıyıq.

Modern.az-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev sosial şəbəkə üzərindən vətəndaşların suallarını cavablabdırarkən bildirib.

Nazir qeyd edib ki, fiziki tərbiyə dərsində uşaqların soyunub-geyinmə otaqlarında bir-birilə yaxın təmasından qaçmaq üçün bu qərar verilib.

 

Nazir bölgələrdə 2000-dən artıq məktəb fevralın 1-dən əyani təhsilə qayıda biləcəyini də əlavə edib.

Onun sözlərinə görə, həmin məktəblər əsasən, şagird sayı çox az olan məktəblərdir.


Nazir bildirib ki, Bakı, Sumqayıt və Abşeron istisna olmaqla, digər ərazilərdəki məktəblərdə şagirdlər arasında 1,5 metr məsafə saxlamaq mümkün olacaqsa, bu halda, bütün şagirdlər məktəbə yarımqruplara bölünmədən gələ bilərlər.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı