Modern.az

Dövlətin adından istifadə edən fırıldaqçı dəstə yaxalandı

Dövlətin adından istifadə edən fırıldaqçı dəstə yaxalandı

Təhsil

15 Avqust 2012, 14:12

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, Yasamal rayonu ərazisində qanunsuz olaraq Dövlət Yardım Komitəsi təşkil edilməklə vətəndaşların aldadılıb, pullarının mənimsənildiyi müəyyən edilib.

Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, Göyçay şəhər sakini Elnur Fərzəliyev, Bakı şəhər sakini Lida Mirzəliyeva və Ruzi Abıyev, Yasamal rayonu ərazisində qanunsuz olaraq Dövlət Yardım Komitəsi təşkil edib, aztəminatlı ailələrə yardım etmək adı ilə 1983 vətəndaşı aldadaraq, hər birindən 2 manat pul alaraq (cəmi 3966 manat) mənimsəyiblər.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi