Modern.az

Məhəbbət Vəliyeva nazir müavini vəzifəsindən ÇIXARILDI

Məhəbbət Vəliyeva nazir müavini vəzifəsindən ÇIXARILDI

Təhsil

1 Fevral 2021, 11:20

Təhsil nazirinin müavini Məhəbbət Vəliyevanın tutduğu vəzifədən azad olunması ilə bağlı məlumat yayılıb. 

 

Modern.az saytı xəbər verir ki, Məhəbbət Vəliyevanın adı artıq Təhsil Nazirliyinin rəsmi saytındakı “Rəhbərlik” bölümündən çıxarılıb.

Təhsil Nazirliyindən də Məhəbbət Vəliyevanın işdən çıxarıldığı təsdiqlənib.

Qeyd edək ki, Məhəbbət Vəliyeva 2018-ci ilin iyun ayında təhsil nazirinin müavini təyin edilmişdi.

Həmin təyinatadək isə (28 dekabr 2015-ci il tarixdən) Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsində çalışmışdı.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı