Modern.az

Məhəbbət Vəliyevanın nazir müavini postundan çıxarılma səbəbi AÇIQLANDI

Məhəbbət Vəliyevanın nazir müavini postundan çıxarılma səbəbi AÇIQLANDI

Təhsil

1 Fevral 2021, 12:20

Təhsil nazirinin müavini Məhəbbət Vəliyevanın tutduğu vəzifədən azad olunması ilə bağlı məsələyə aydınlıq gətirilib.

Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə, Məhəbbət Vəliyeva səhhətilə bağlı işdən gedib.

“Məhəbbət Vəliyeva 2020-ci il dekabrın 25-də öz ərizəsinə əsasən, səhhəti ilə bağlı tutduğu vəzifədən azad edilib”, - Nazirlikdən verilən açıqlamada deyilir.


Qeyd edək ki, Məhəbbət Vəliyeva 2018-ci ilin iyun ayında təhsil nazirinin müavini təyin edilmişdi.

Həmin təyinatadək isə (28 dekabr 2015-ci il tarixdən) Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsində çalışmışdı.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı