Modern.az

Yığmamız Bəhreyini 3 qolla məğlub etdi

Yığmamız Bəhreyini 3 qolla məğlub etdi

Təhsil

15 Avqust 2012, 20:44

Azərbaycanın futbol üzrə milli komandası Bəhreyn yığmasını məğlub edib. Modern.az-ın məlumatına görə, İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçirilən yoldaşlıq görüşündə yığmamız rəqibin qapısından 3 cavabsız top keçirdib.

Hesabı 35-ci dəqiqədə Branimir Subaşiç açıb. Matçın ilk hissəsi milli komandamızın üstünlüyü ilə başa çatıb. İkinci hissədə millimizin heyətində 60-cı dəqiqədə Cihan Özkara, 79-cu dəqiqədə isə Cavid Hüseynov qol vuraraq fərqi artırıb. Qarşılaşma yığmamızın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi