Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti bəyan edib ki, bir neçə gün öncə dünyasını dəyişmiş əsgər Tayfur Bəyovla bağlı Müdafiə Nazirliyinə qarşı kampaniya aparılır. Bu barədə nazirlikdən Modern.az-a daxil olan açıqlamada bildirlib.
”Sifariş əsasında fəliyyət göstərən bəzi yazarlar əsgərin meyidinin Məhkəmə Tibb Ekspertizası tərəfindən yarılmasına don geyindirərək bunu orqanların çıxarılaraq satılması kimi qələmə verməyə can atırlar. Bu ağlasığmaz yalanı mərhum əsgərin öz atası ifşa edərək müdafiə naziri general-polkovnik Səfər Əbiyevə teleqram göndərib”-deyə nazirliyin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu bildirib.
Məlumata görə, Qusar rayon Cibir kənd sakini Bəyov Hacıkərim Şıxkərim oğlunun göndərdiyi teleqramda deyilir:
”Cənab Səfər Əbiyev! Oğlum Bəyov Tayfur Hacıkərim oğlunun 06.08.2012-ci il tarixində Naxçııvan MR-da hərbi xidmətdə vəfat etməsi ilə bağlı internet səhifəsində yer alan informasiya ilə bağlı mənim və ailə üzvlərimin heç bir əlaqəsi yoxdur. Mən həyacanlı olmuşam. Bakı şəhərindən gələn hərbi ekspertlər məsələyə aydınlıq gətirmişdir. Oğlumun ölümü ilə bağlı cinayət işinə nəzarəti gücləndirməyi xahiş edirəm”.
Modern.az