Modern.az

Sabahdan hava pisləşəcək, yağış yağacaq

Sabahdan hava pisləşəcək, yağış yağacaq

16 Avqust 2012, 12:46

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında avqustun 17-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.

 Havanın temperaturu gecə 22-26, gündüz 31-36 isti olacağı gözlənilir.

 Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 26-27, Buzovna, Mərdəkan, Şüvəlanda 27-28, Türkan, Hövsan, Şıx, Sahildə 29-30 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 Havanın temperaturu gecə 20-25, gündüz 32-37, dağlarda gecə 12-17, gündüz 24-29 dərəcə isti olacaq.

Abşeron yarımadasında meteohəssas insanlar üçün çox əlverişsiz olan güclü istilərdən sonra avqustun 17-dən başlayaraq arabir güclənən davamlı xəzri küləyi fonunda havanın temperaturunun xeyli aşağı enməsi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Modern.az

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi