Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıç Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb. Təbrikdə deyilir:
“Mübarək Ramazan Bayramı münasibəti ilə Azərbaycanda, Azərbaycanın hüdudlarından kənarda yaşayan bacı və qardaşlarımı səmimi qəlbdən təbrik edir, uca Allahdan qardaş Azərbaycan xalqı və Türk Dünyasına bərəkət, rifah, müvəffəqiyyət, xoşbəxtlik, güc və firavanlıq ehsan etməsini diləyirəm”.
Modern.az