Təhsil Nazirliyi son sutkada məktəblərdə koronavirusa yoluxmaya dair məlumat açıqlayıb.
Nazirlikdən Modern.az-a verilən məlumata görə, hərarəti 37 dərəcədən yuxarı olan şagirdlərin sayı 10 olub, hərarəti 37 dərəcədən yuxarı olan işçi olmayıb.
Son sutka ərzində koronavirusa yoluxan ibtidai sinif (I-IV) sayı 2, işçi heyətinin sayı isə 7 olub. Məktəbəqədər hazırlıq qruplarında virusa yoluxmuş uşaq olmayıb.
Son sutka ərzində əyani dərslərdə iştirak edən şagirdlərin sayı 285 684 olub.