Modern.az

Ali məktəbə qəbul olanların adları bu gün açıqlanacaq

Ali məktəbə qəbul olanların adları bu gün açıqlanacaq

Təhsil

17 Avqust 2012, 10:37

2 mindən çox abituriyent ali məktəbə daxil olmaq şansını itirib

2012-2013-cü tədris ili üçün Azərbaycanın ali məktəblərinə keçirilmiş qəbul imtahanlarının nəticələrinə əsasən müsabiqə şərtlərini ödəyən abituriyentlərin ixtisas seçimi ötən gecə saat 23:59-da başa çatıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinn rəhbəri Elnur Nağızadənin Modern.az-a verdiyi məlumata görə, ali məktəblərə qəbul olan abituriyentlərin nəticələri bu gün açıqlanacaq.

“Nəticələrin bu gün açıqlanması nəzədə tutulub. Əgər emal prosesi bu gün başa çatmazsa, çox güman ki, sabah açıqlanacaq”, - deyə E.Nağızadə bildirib.

TQDK rəsmisi həmçinin qeyd edib ki, bu il ali məktəblərə keçirilən qəbul imtahanlarında müsabiqə şərtini ödəyən abituriyentlərdən 35 min 893 nəfəri ixtisas seçimi edib. 2 mindən çox abituriyent isə ali məktəbə daxil olmaq şansını itirib. Onlar ixtisas seçimi etməyiblər.
Ümumilikdə ixtisas seçimi etmək hüququ qazanmış abituriyentlərin sayı 38 minə yaxın olub.

Anar RÜSTƏMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi