Modern.az

Bakıda 2 evi olan erməni deputatının oğlu - “Məsələni araşdırmağa dəyməz” - İqbal Ağazadə

Bakıda 2 evi olan erməni deputatının oğlu - “Məsələni araşdırmağa dəyməz” - İqbal Ağazadə

17 Avqust 2012, 12:37

“Mən bu düşüncədə deyiləm ki, biz bu məsələni mütləq araşdırmalıyıq”. Bu sözlər Mili Məclisin üzvü İqbal Ağazadəyə məxsusdur. O, Ermənistan parlamentinin deputatının oğlunun evindən axtarış zamanı onun Azərbaycanda olan iki evin mülk şəhadətnaməsinin tapılmasını Modern.az-a şərh edərkən belə deyib:

“Azərbaycanda müxtəlif xalqlar yaşayır. Konstitusiyaya görə, Azərbaycan qanunlarına tabe olan, onun ərazi bütövlüyünü tanıyan hər bir kəsin, milliyyətindən asılı olmayaraq, Azərbaycanda əmlak sahibi olmaq hüququ var. Burada qəribə heç nə yoxdur. Hamıya məlumdur ki, Azərbaycanda kifayət qədər erməni yaşayır. Onlar Bakıda və digər bölgələrdə yaşayır və mən bunu qanuna zidd hesab etmirəm”.

  Deputat qeyd edib ki, ümumiyyətlə, belə məsələlərin araşdırılmasına ehtiyac yoxdur. “Mən bu düşüncədə deyiləm ki, biz bu məsələni araşdırmalıyıq. Azərbaycanda Daxili işlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi var. Əgər Azərbaycan əleyhinə fəaliyyət göstərən ayrı-ayrı adamlar varsa, bununla bağlı sözügedən güc strukturları tədbirlər görməlidir. Azərbaycan tolerant ölkədir və milli müstəvidə heç bir problem yoxdur. Məncə, mətbuatın məlum olaya yanaşması əslində, Azərbaycanın beynəlxalq aləmdəki imicinə ciddi zərbə vurur”, – deyə İ. Ağazadə bildirib.

Nihadə Eyyubova  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi