Modern.az

Nazir müavini: “I sinfin bütün dərslikləri dəyişdiriləcək”

 Nazir müavini: “I sinfin bütün dərslikləri dəyişdiriləcək”

17 Avqust 2012, 13:19

“Bu il Azərbaycanda I sinif dərslikləri məzmun baxımından dəyişdiriləcək” Modern.az-ın məlumatına görə, bu barədə təhsil nazirinin müavini Qulu Novruzov yap.org.az saytına verdiyi müsahibədə bildirib. Nazir müavinin sözlərinə görə, I sinif dərslikləri yeni kurrikulum əsasında yeni məzmunla şagirdlərə veriləcək.

“qeyd edim ki, bu il çap olunacaq 4 milyondan çox nüsxənin 2 milyonu 1-5-ci siniflərə aid olan dərsliklərdir. Artıq Azərbaycanda beşinci ildir ki, yeni kurrikulumla dərsliklər hazırlanır. Bu o deməkdir ki, 4 il əvvəl Azərbaycanda məktəbə gedən şagirdlər yeni kurrikulum əsasında hazırlanmış dərsliklərlə təmin olunmuşdular. Artıq qaydalara uyğun olaraq 4 ildən sonra 1-ci siniflərin dərslikləri tam yenidən çap olunmalıdır. Yeni kurrikulum əsasında yenidən çap olunan 1-ci sinif dərslikləri tamamilə yeni məzmunla şagirdlərə veriləcək. Yəni bu il 1-ci sinifə gedən uşaqlar məzmunca və keyfiyyətcə tamamilə yeni dərsliklərlə təmin olunacaqlar. O cümlədən, 5-ci sinif şagirdləri isə ilk dəfə olaraq yeni kurrikulum əsasında hazırlanmış dərsliklərlə təmin ediləcəklər. Dərsliklərin çap olunması sahəsində əsas işlər görülüb və yeni dərs ili başlayana qədər dərsliklər tam olaraq məktəblərə çatdırılacaq”, - deyə Q,Novruzov bildirib.

Anar RÜSTƏMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi