Modern.az

Rusiyanın Londondakı səfirliyinə hücum olub

Rusiyanın Londondakı səfirliyinə hücum olub

17 Avqust 2012, 17:03

Modern.az xəbər verir ki, Rusiyanın Londondakı səfirliyinə hücum olub, binaya kifayət qədər maddi zərər dəyib. Bu haqda məlumatı diplomatik nümayəndəlik yayıb.

Rus mətbuatının məlumatına görə, Rusiyanın Londondakı səfirliyinə hücum edənlər  Suriya hökümətinə qarşı lozunqlarla çıxış edib və səfirliyin binasını daş-qalaq edib. Binaya kifayət qədər maddi zərər dəysə də, xəsarət alan olmayıb.

Baş vermiş hadisəni şərh edərkən Rusiyanın xarici işlər naziri bunun  Londondakı Rusiya səfirliyinə ilk hücum olmadığını bildirib. Nazir əlavə edib ki, “biz bunu Londonda olan nümayəndəliyimizin toxunulmazlıq hüququnun pozulması kimi qiymətləndiririk”.  

Aygün ASİFQIZI  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi