Modern.az

Dindarlar Fəxri və Şəhidlər xiyabanlarını ziyarət etdilər – FOTOLAR

Dindarlar Fəxri və Şəhidlər xiyabanlarını  ziyarət etdilər – FOTOLAR

18 Avqust 2012, 13:21

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə, ölkənin dini icmaların fəallarından ibarət heyət Fəxri Xiyabanda mərhum prezident Heydər Əliyevin məzarını ziyarət ediblər. Bu barədə Modern.az-a komitənin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Ramazan bayramı münasibəti ilə təşkil edilən ziyarətdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov, Dövlət Komitəsinin məsul əməkdaşları, həmçinin aparıcı dini icmalarının rəhbərləri, tanınmış ilahiyyatçılar və ziyalılar iştirak ediblər. Dini icma nümayəndələri tərəfindən edilən dualarla, mərhum prezident Heydər Əliyevin və görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın xatirələri yad edilib.

Daha sonra Dövlət Komitəsinin nümayəndələri və dini icma rəhbərləri Şəhidlər xiyabanına gələrək ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsini dərin ehtiramla yad etmiş, məzarları üzərinə tər çiçəklər düzmüş, dualar ediblər.

 Qeyd edək ki, Ramazan ayı ilə əlaqədar Dövlət Komitəsi tərəfindən həyata keçirilən  tədbirlər planı çərçivəsində ay boyunca Dövlət Komitəsinin nümayəndləri, dini icma fəalları və ictimayyətin təmsilçiləri ilə birgə, ölkənin müxtəlif bölgələrində şəhid məzarlarını ziyarət etmiş, şəhid və müharibə veteranlarının ailələrinə baş çəkmiş, dini ibadət ocaqlarında maarifləndirmə və milli-vətənpərvərlik mövzularda söhbətlər aparıblar.  

 

 

 

Modern.az

   
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi