Təhsildə keyfiyyət hər zaman aparıcı yerlərdən birini tutur. Bu gün ölkəmizdə fəaliyyət göstərən yerli orta məktəblərlə bərabər, bir sıra xarici məktəblər də Azərbaycan təhsilinin inkişafına çalışır. Belə xarici məktəblərdən biri də 15 sentyabr 2007-ci ildə fəaliyyətə başlamış Bakı Britaniya Məktəbidir. Reklamlarda təhsildə birinci olduğunu iddia edən məktəbin, doğurdan birinci olub-olmadığıni öyrənməyə çalışdıq.
Bakı Britaniya Məktəbinin (British School in Baku) rəhbərliyindən
Modern.az-a verilən məlumata görə, məktəbdə 450 nəfərə yaxın şagird təhsil alır. Məktəbdə dərs deyən müəllimlər əsasən Böyük Britaniyanı təmsil edirlər. Son vaxtlar bu məktəbdə təhsil almaq üçün müraciət edənlərin sayında artım var.
Rəhbərlik bildirib ki, doğurdan da reklamda deyildiyi kimi Bakı Britaniya Məktəbi birinciliyi əldə edib və bunu daha artırmağa çalışır. Məktəb rəhbərliyi fəaliyyət göstərdikləri 5 ili “əla” qiymətləndirir.
Məktəbdə təhsil alan uşaqlar əsasən Azərbaycan, Türkiyə, Hindistan, Pakistan, Fransa, Almaniya, Böyük Britaniya və digər ölkələrin vətəndaşlarıdır. BBM-ni bitirən şagirdlər öz təhsillərini əsasən Böyük Britaniyada davam etdirirlər. Bu məktəbdə tətbiq edilən tədris Britaniya proqramına tam uyğun şəkildə aparılır.
Təhsilhaqqı siniflər və istiqamətlər üzrə dəyişir. Beynəlxalq əlaqələrə gəlincə isə bunun çox yüksək səviyyədə olduğu deyilib. Məktəb ölkəmizdə fəaliyyət göstərdiyi üçün azərbaycanlı şagirdlər üstünlük təşkil edir. Amma burada əsasən Azərbaycanda yaşayan əhalinin imkanlı təbəqəsinin övladları təhsil alır.
Anar Kəlbiyev