Modern.az

Azərbaycana yeni geyim markası gəlir ®

Azərbaycana yeni geyim markası gəlir ®

18 Avqust 2012, 17:13

Qədim dərzi mədəniyyətini özündə birləşdirən  “La Missura” geyim markası Azərbaycana gəlir. Bu geyim markasının səciyyəvi cəhəti əl tikişinə əsaslanmasıdır.

Bu marka Türkiyədən başqa,  Azərbaycan, Özbəkistan, Türkmənistan, Livan, Liviya və bir sıra Avropa ölkələrindəki müştərilərilə görüşərək xüsusi xidmət həyata keçirir. İstanbulda keçirilən  Türk - Ərəb İqtisadi Forumundan sonra Orta Şərqə açılma planlarını genişləndirən “ La Missura” markası, Azərbaycanda da şöbə açıb.

Müştərilərinin əksər hissəsini sənət, siyasət, idman, iş adamları təşkil edən bu geyim markasında  kostyumdan paltoya, jaketdən ayaqqabıya, corabdan kəmərə və bir-birindən xüsusi aksesuarlara qədər bir çox çeşidlərə rast gəlmək olar.

Xaricdəki müştərilərinə xidmət göstərən “La Missura”geyim markası bir dəfə bədən ölçüləri ilə məlumatlandıqdan sonra internet və telefon vasitəsilə də sifarişləri qəbul edir.  
Xüsusilə kişi cinsinin nümayəndələrinin geyimində tikişə əhəmiyyət verdiyini vurğulayan “La Missura”nın yaradıcısı Ergin Turanlının sözlərinə görə, bu geyim markasının müştəriləri həm yaraşıqlı görünəcək, həm də özlərini tamamilə rahat hiss edəcəklər. Bu geyim markasında, əsasən, yun, vakunya, kaşmir kimi parçalardan istifadə olunur. 
”Bizim markanı geyinmək istəyən müştərilər hazır geyim mağazalarından tapa bilmədiklərini bizim geyim markasından əldə edəcəklər.  Bizim məhsullar digər brend markalardan da qiymət cəhətdən  baha deyil”.   

“La Misurra”da stilistlər 24 saat xidmət göstərir…

“La Missura”nın stilistləri müştərilərinə şərtsiz xidmət göstərir. Belə ki, ölçü vermək üçün vaxt tapa bilməyən “La Misura”markasının nümayəndələri gecə çox gec saatda və ya səhərin çox erkən bir vaxtında müştərilərə qatılacağı yığıncaqda necə geyinməsi lazım olduğu mövzusunda kömək göstərirlər. Müştərilərə xidməti izah edən Ergin Turanlı deyir ki, stilistlərin köməyilə  bədən xüsusiyyətləri və ölçüləri, rənglər və kontrastlar nəzərə alınaraq, müştərilərə ən uyğun rəng və qəliblər tətbiq olunur, beləliklə yaraşıqlı və müasir görünüş əldə edilir.

“La Misurra”nın fərdi xidmətlə bərabər, əməkdaşlıq etdiyi şirkətlər arasında “Yapıkredi”, “Akbank”  kimi şirkətlər də var. Bu geyim markasının seçilmə səbəbini Ergin Turanlı “müştərilərimiz əsasən iş adamları olur. Onlar isə yaraşıqlı olmaq, həm də rahatlılıqlarını əldən vermək istəmirlər. Bunun üçün də biz çıx səyahət edən müştərilərə daha az qırışan parçaları təklif edirik, dəvətlər üçün daha yumşaq və ipək parçalar seçimlərimiz arasında olur”, - deyə izah etdi.

Xüsusi tikiş, hər vəziyyətdə yaraşıqlılığa və rahatlığa zəmanət verir...

Marka yaradıcısı onu da bildirdi ki, tikiş maşınlarında hazırlanan  geyimlərdən fərqli olaraq, əl işi ilə hazırlanan geyim məhsullarında keyfiyyəti və rahatlığı eyni geyimdə hiss etmək mümkündür. Ergin Turanlının sözlərinə görə, tikiş maşınlarında hazırlanan geyim məhsullarında bir çox parça öz keyfiyyətini itirir.

Azərbaycandakı müştərilərin Türkiyədəki müştərilərə bənzər zövq və mədəniyyətə sahib olduğunu vurğulayan Turanlı “buradakı müştərilərimizə xidmət etmək bizim üçün daha asan olur və bundan ayrıca xoşbəxtlik hissi duyuruq” deyib.

“La Misurra” geyim markasının yaradıcısı uyğun rəng və kombinasiyanın  insan haqqında etibarlı təəssürat oyatdığını, bu səbəbdən iş adamlarına və siyasətçilərə geyimlərinə diqqət yetirmələrini tövsiyə edib.







Toğrul SALEHLİ

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi