“Dövlət bizə yardım etmir, millət edir”
İranın Azərbaycan türkləri yaşayan bölgələrinddə baş verən və yüzlərlə insanın həlak olması ilə nəticələnən zəlzələdən bir həftədən artıq vaxt keçsə də, zərər çəkənlərə dövlət tərəfindən ciddi dəstək yoxdur. Bu azmış kimi fəlakət bölgəsinə göndərilən yardımlar müsadirə olunur, yardım üçün açılan bank hesabları dondurulur.
Təqdim etdiyimiz bu videogörüntüdə zəlzələ nəticəsində yaxınlarını itirmiş, evi dağılmış soydaşlarımızın ağır vəziyyəti əyani şəkildə təsvir olunur.