Modern.az

Təhsil Nazirliyi müəllimlərə daha bir şans verdi

Təhsil Nazirliyi müəllimlərə daha bir şans verdi

20 Avqust 2012, 14:40

Təhsil Nazirliyi orta məktəblərdə işə düzəlmək istəyən müəllimlərə əlavə imkan yaradıb. Nazuirlikdən verilən məlumata görə, ümumi təhsil müəssisələri və peşə liseylərindəki vakant yerlərə müəllimlərin işə qəbulu ilə bağlı müsahibə mərhələsi başa çatmış fənlər (kimya, biologiya, riyaziyyat, ingilis dili) üzrə boş qalan və imtina olunan yerlərin seçiminə başlanılır. Müsabiqədə iştirak edərək heç bir yerə qəbul olunmayan və ya qəbul olunduğu yerdən imtina edən iştirakçılar 19-24 avqust  tarixlərində “Şəxsi səhifə”lərinə daxil olmaqla ən çoxu 4 yer seçə bilərlər. Həmin müddət ərzində iştirakçılara seçimlərini dəyişmək imkanı da verilir. Seçim etmək imkanı avqustun 24-də saat 18.00-da başa çatır və yerləşdirmə aparılır. Yerləşdirmənin nəticələri dərhal bu mərhələdə iştirak edənlərin “Şəxsi səhifə”lərinə göndərilir.

İşə qəbul olunanlar, imtahan nəticələri ləğv edilənlər və müəyyənləşdirilmiş keçid balını toplamayanlar bu mərhələdə iştirak edə bilməzlər.

Digər fənlər üzrə əlavə seçim vaxtı barədə məlumat veriləcək.


Modern.az

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi