Türkiyənin Qaziantep şəhərində dəhşətli partlayış törədilib. Modern.az Türkiyə KİV-lərinə istinadən bildirir ki, ötən axşam baş vermiş hadisə nəticəsində 8 nəfər ölüb, 66 nəfər yaralanıb.
”Sabah” qəzetinin məlumatına görə, ölənlərdən 3-ü uşaqdır.
Qaziantepdə polis idarəsinin yaxınlığında baş vermiş hadisəni PKK terrorçuları törədiblər. Terrorçuların yaxalanması üçün əməliyyata başlanılıb. Artıq onlardan birnin kimliyi müəyyənləşdirilib.
Modern.az