ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq avqustun 23-də Azərbaycan Respublikasının Ağdam rayonu Mirəşelli kəndinin yaxınlığındakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçisi Antal Herdiç və ofisin əlaqələndiricisi Piter Ki keçirəcəklər. Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, səhra köməkçisi Jiri Aberle və şəxsi köməkçi Uilyam Prayor keçirəcəklər. Modern.az