2012/2013-ci tədris ili üçün ali təhsil müəssisələrinin boş qalan yerləri üzrə və orta ixtisas təhsil müəssisələrinə ixtisas seçiminin başa çatmasında bir gün qalıb. TQDK-nın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, ixtisas seçimi sabah saatt 23:59-dək internet vasitəsilə aparılacaq.
Bildirilib ki, həmin vaxta qədər ixtisas seçiminə buraxılmış bütün abituriyentlər ixtisas seçimi etməli və “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”ni təsdiqləməlidirlər. Ərizələrini təsdiqləməyən abituriyentlər müsabiqədə iştirak etmək hüququnu itirirlər. İxtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasları (ali təhsil müəssisələrin boş qalan plan yerlərinin müsabiqəsində iştirak hüququ olanlar həmin yerlərlə yanaşı, orta ixtisas təhsil müəssisələrinin də ixtisalarını seçə bilərlər) seçib onların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edirlər.Qeyd edək ki, 22 avqust saat 11:00-dək abituriyentlərdən 7771 nəfəri ixtisas seçimi ərizəsini təsdiq edib.
İxtisas qrupları Bolmə I qrup II qrup III qrup IV qrup Cəmi Azərbaycan 1725 1357 3189 887 7158 Rus 148 161 259 45 613 Cəmi 1873 1518 3448 932 7771
Anar RÜSTƏMOV