Modern.az

Əli Kərimli: “Bu yalan yerimir və yeriməyəcək”

Əli Kərimli: “Bu yalan yerimir və yeriməyəcək”

Təhsil

22 Avqust 2012, 13:49

AXCP sədri Əli Kərimli mərhum prezident Əbülfəz Elçibəyi onun zəhərlədiyi ilə bağlı iddiaya və cinayət işinin başlanmasına münasibət bildirərkən “bu olduqca absurd və qeyri-ciddi bir fikirdir”deyə bildirib.
Modern.az-ın məlumatına görə, bu gün Fəxri Xiyabanda Elçibəyin məzarını ziyarəti zamanı AXCP sədri bu işlə bağlı istintaqa çağırılmadığını bildirib:

“Hətta bu məsələ müzakirə olunmağa layiq deyil. Görün Azərbaycan hökuməti hansı günə qalıb ki, bütün külli aləmi özünə qarşı qoyacaq bir addım atır. Bunlar görün nə qədər çarəsizdilər. Özlərini çarəsiz və qorxuda hiss edirlər ki, bu cür çirkin kampaniya aparırlar. Bu təkcə mənə və Elçibəy sevənlərə qarşı deyil, bütövlükdə xalqa qarşı kampaniyadır. Çünki hökumət xalqı saysa, belə ağ yalanla onun liderlərinin üstünə getməz. Deməli bunlar hesab edirlər ki, istədikləri yalanı xalqa yedirdə bilər. Bu o deməkdir ki, xalqı saymırlar. Həmdə xalqa verilən qiymət budur. Amma çox şükürlər olsun ki, Azərbaycan xalqı onların düşündüyündən çox-çox uzaqdır. Cəmiyətin bütün təbəqələri bu yalanı bumeranq kimi qaytarıb özlərinə çırpırlar. Bu yalan yerimir və yeriməyəcək”.

Anar Kəlbiyev  
Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi