Modern.az

Elçibəyin məzarı ziyarət olundu - FOTOLAR

Elçibəyin məzarı ziyarət olundu - FOTOLAR

22 Avqust 2012, 14:48

Bu gün mərhum eks-prezident Əbülfəz Elçibəyin ölümündən 12 il keçir. Modern.az xəbər verir ki, mərhumun ailə üzvləri, yaxınları və silahdaşları onun Fəxri Xiyabandakı məzarını ziyarət ediblər.

Bundan başqa İctimai Palatanın təşkil etdiyi anım mərasimində Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, İP-in Koordinasiya Şurasının üzvü Pənah Hüseyn, o cümlədən Ə.Elçibəyin silahdaşlarından Xanım Xəlilova, Novella Cəfəroğlu, Ziyalılar Forumunun üzvü Cəmil Həsənli və digərləri mərhum eks-prezidentin məzarını ziyarət ediblər.

  Mərasimdə çıxış edən Müsavat başqanı İsa Qəmbər bildirib ki, M.Ə.Rəsulzadənin və Ə.Elçibəyin ideyalarının reallaşmasını təmin etmək uğrunda mücadiləni sürdürəcəklər.  
“Hər zaman olduğu kimi, yenə də böyük şəxsiyyətlərimizin, Elçibəyin ruhundan bu müqəddəs mübarizədə güc istəyirik və bu ziyarətlərdən gücü, qüvvəni alıb, yolumuza davam edirik. Tanrı Elçibəyin ruhunu şad eləsin”.  

AXCP sədri Əli Kərimli Ə.Elçibəyi Azərbaycanda böyük bir məktəb yaratmış siyasətçi kimi xatırlayıb.
“Elçibəy siyasəti əxlaqla həyata keçirməyin nümunəsini yaratmış və Azərbaycan cəmiyyətinə böyük ideylar qoyub getmiş bir siyasətçidir”.  

Mərasimdə Ə.Elçibəyin digər silahdaşları da çıxış ediblər.  

 

 

 

 

 

 

 

 

 

 

 


Anar Kəlbiyev  

Fotomüxbir Elçin Ağayev

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi