Tələbə adı qazanmış şəxslərin bu gündən qeydiyyatına başlanıb. TQDK-dan Modern.az-a verilən məlumata görə, qeydiyyat prosesi avqustun 23-dən 31-dək davam edəcək.
Qeydiyyatdan keçmək üçün tələb olunan sənədlərin siyahısını müvafiq ali təhsil müəssisəsinə müraciət edib dəqiqləşdirmək lazımdır. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcəkdir.
Tələbələr əyani və qiyabi təhsil forması olan ixtisaslara qəbul olmuş abituriyentlər təhsilalma formasını qəbul olduğu təhsil müəssisəsində qeydiyyatdan keçərkən seçəcəkdir.
Qeyd edək ki, bu ildə ayrılmış 33918 plan yerinə 31994 abituriyent qəbul olub.
Anar RÜSTƏMOV