Modern.az

Abdulla Gülün səhhəti pisləşib

Abdulla Gülün səhhəti pisləşib

23 Avqust 2012, 11:14

Türkiyə prezidenti Abdulla Gülün səhhəti pisləşib. Modern.az-ın türk mətbuatına istinadən verdiyi məlumata görə, hazırda Qırğızıstanda rəsmi səfərdə olan Abdulla Gülün qulaq nahiyəsində ciddi problem yaranıb. Səhhətində yaranan problemlə bağı prezident Abdulla Gülün Qırğızıstan ziyarətini təxirə salaraq bu gün Türkiyəyə dönəcəyi bildirilib.

Qeyd edək ki, Türkiyə prezidenti Abdulla Gül Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının zirvə toplantısında iştirak etmək üçün  bu ölkəyə səfər etmişdi. 

Anar RÜSTƏMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü