Modern.az

Heydər Əliyev Mərkəzində bərpa başa çatıb

Heydər Əliyev Mərkəzində bərpa başa çatıb

Təhsil

24 Avqust 2012, 11:36


Bakıda Heydər Əliyev Mərkəzində baş verən böyük yanğının nəticələri tam aradan qaldırılıb. İyul ayının 20-də qeydə alınan yanğın zamanı mərkəzin dam örtüyünün müəyyən hissəsi tam yararsız hala düşmüşdü. Hazırda Mərkəzdə aparılan təmir-bərpa işlər demək olar ki, başa çatıb. Əraziyə baş çəkən əməkdaşımızın sözlərinə görə, binanın dam örtüyünün yanan hissələri dəyişdirilib.
Heydər Əliyev Mərkəzinin daxilində isə tamamlanma işlərinin davam etdirildiyi bildirilib.

Qeyd edək ki, Heydər Əliyev Mərkəzində iyul ayının 20-də güclü yanğın baş vermişdi. Hadisə ilə bağlı Baş Prokurorluqda cinayət işi açılmış, üç nəfər Türkiyə vətəndaşı saxlanılmışdı.

Anar RÜSTƏMOV

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi