Modern.az

Azərbaycan idmançıları “Lenin” zirvəsində - FOTOLAR

Azərbaycan idmançıları “Lenin” zirvəsində - FOTOLAR

Təhsil

24 Avqust 2012, 12:02

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının idmançılarından ibarət ekspedisiya qrupu Pamir dağlarının ən hündür zirvəsi olan “Lenin” zirvəsinə (7134 m) təşkil olunmuş yürüşü uğurla başa vurublar.

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) təşkilatçılığı ilə baş tutan və 19 gün (02-21 avqust 2012-ci il tarixlərində) davam edən yüruşə Azərbaycanın müxtəlif rayonlarından olan müasir Azərbaycan gəncliyinin təmsilçiləri qatılıblar. Federasiyanın mətbuat xidmətindən Modern.az-a bildirilib ki, 16 avqust 2012-ci il tarixində ekspedisiya üzvləri, Azərbaycanın Şəki və Qusar rayonlarından olan Babək İsgəndərov ("Ekosport" idman klubu) və Rinat Rəhimxanov (“Salavat” idman klubu) "Lenin" zirvəsinə qalxaraq Azərbaycan bayrağını Pamirin ən yüksək zirvəsinə sancıblar.

8 nəfərdən ibarət ekspedisiyaya beynəlxalq yürüşlərdə iştirak etmiş təcrübəli dağçı, FAİREX-in “Ekstremal” idman klubunun rəhbəri  Azərçin Muradov başçılıq edib.



Modern.az
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi