Modern.az

Misir Mərdanov müəllimlərlə bağlı yeni əmr imzalayıb

Misir Mərdanov müəllimlərlə bağlı yeni əmr imzalayıb

Təhsil

24 Avqust 2012, 14:31

Təhsil naziri Misir Mərdanov təhsil işçilərinin 2012-ci il sentyabr konfranslarının keçirilməsi haqqında əmr imzalayıb. Nazirlikdən Modern.az-a verilən məlumata görə, əmrin verilməsində məqsəd 2012-2013-cü dərs ilində qarşıda duran vəzifələri müzakirə etmək və mövcud problemlərin həllinə yönəlmiş təkliflər hazırlamaqdır.

Nazirin əmrinə əsasən, 2012-ci il 3-13 sentyabr tarixlərində ümumi təhsil sistemində çalışan pedaqoji işçilərin rayon (şəhər) konfransları keçiriləcək. Bu konfranslarda bir sıra məsələlər, o cümlədən  buraxılış imtahanlarının, ali və orta-ixtisas məktəblərinə qəbulun nəticələri, bu sahədə məktəblərin göstəricilərinin təhlili və qiymətləndirilməsi, vəzifə funksiyalarını tələb edilən səviyyədə yerinə yetirməyən müəllim və məktəb rəhbərləri, onların zəif fəaliyyətini əks etdirən göstəricilərin təhlili nəzərdə tutulur.


Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi