Tələbə Qəbulu üzrə Dövlət Komisiyası (TQDK) 2012/2013-ci tədris ili üçün ali təhsil müəssisələrinin boş qalan yerləri üzrə və tam orta təhsil bazasında orta ixtisas müəssisələrinə keçirilən müsabiqənin nəticələrini açıqladı. Bu barədə Modern.az-a TQDK-nın mətbuat xidmətindən məlumat verilib. Komisiyadan bildirilib ki, müsabiqənin nəticələri artıq TQDK-nın rəsmi internet saytında yerləşdirilib - //tqdk.gov.az/Ali2012im/
Qeyd edək ki, Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulu müsabiqəsi Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında toplanılan ballar əsasında aparılıb.
TQDK-dan bildirilib ki, müsabiqə nəticəsində ali təhsil müəssisələrinin boş qalan yerlərinə 451 nəfər qəbul olub.
Ali təhsil müəssisələrinin boş qalan yerlərinə qəbulun nəticələri aşağıdakı cədvəldə verilib:
| Qəbul olub | ||
İxtisas qrupu | Azərbaycan bölməsi | Rus bölməsi | Bölmələr üzrə cəmi |
I | 132 (1) | 44 (0) | 176 (1) |
II | 0 (0) | 0 (0) | 0 (0) |
III | 202 (0) | 39 (0) | 241 (0) |
IV | 25 (2) | 9 (1) | 34 (3) |
Qruplar üzrə cəmi | 359 (3) | 92 (1) | 451 (4) |
Tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 8527 nəfər qəbul olub.
Tam orta orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələri aşağıdakı cədvəldə verilib:
|
| Qəbul olub |
| ||
İxtisas | Plan | Azərbaycan bölməsi | Rus bölməsi | Bölmələr üzrə cəmi | Qəbulolma faizi |
I | 6182 | 5885 | 286 | 6171 | 99.82 |
II | 1764 | 1611 | 116 | 1727 | 97.90 |
III | 781 | 623 | 6 | 629 | 80.54 |
Qruplar üzrə cəmi | 8727 | 8119 | 408 | 8527 | 97.71 |
Ali təhsil müəssisələrinin boş qalan yerlərinə qəbul olanların siyahısı “Abituriyent” jurnalının 8-ci sayında, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanların siyahısı isə Abituriyent” jurnalının 9-cu sayında dərc olunub.
Ali təhsil müəssisələrinin boş qalan yerlərinə qəbul olan abituriyenləravqustun 27-dən sentyabrın 5-dək, tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanlar da həmin müddətdə-avqustun 27-dən sentyabrın 5-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Həmin müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək.
Modern.az