Modern.az

Nazirlik rəsmisi: “Elektron dərsliklərin tətbiqi müzakirə obyekti deyil”

Nazirlik rəsmisi: “Elektron dərsliklərin tətbiqi müzakirə obyekti deyil”

25 Avqust 2012, 10:54

Faiq Şahbazlı: “Uşağı tənbəl böyütmək olmaz”

  “Birinci sinif dərslikləri tamamilə yenilənib. Yeni kurrikulum əsasında yenidən çap olunan 1-ci sinif dərslikləri tamamilə yeni məzmunla şagirdlərə veriləcək. Artıq dərsliklər çapa verilib”. Bu bardə Modern.az-a açıqlamasında Təhsil Nazirliyinin dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı bildirib:  
“İbtidai sinif dərslikləri yeni kurrikulum əsasında yenilənib. Standartlar eynidir, amma qaydalara uyğun olaraq dərsliklər 4 il üçün nəzərdə tutulur. 4 ildən sonra dərsliklərin yenidən yazılması elan verilir. 2008-ci ildə yeni dərslikləri hazırladıq. Bu il də elan verdik və dərsliklər artıq yenidən hazırlanıb, çapa verilib. Mən dərsliklərdə hansı dəyişikliklərin olduğunu başa sala bilmərəm. Bu kurrikulumla uyğun aparıldığından başa salmaq mümkün olmur. Onu deyə bilərəm ki, dərsliklərdə standartlar eynidir, amma yanaşmalar müxtəlifdir. Yəni müəyyən standartların reallaşması üçün ayrı-ayrı yollarla getmək olur”.  

Nazirlik rəsmisi bildirib ki, böyük siniflərin dərsliklərində ciddi dəyişikliklər olmayıb, sadəcə redaktə və korrektə işləri aparılıb. “Böyük siniflərin dərsliklərində heç bir dəyişiklik yoxdur. 2, 3 və 6-11-ci sinif dərsliklərini 30%-lə  çap etmişik. Artıq onlar 114 addadır. Həmin dərsliklərimiz çoxdan çap olunub. İyun ayından onları lazımı yerlərə paylamışıq. İndi isə 1-5-ci siniflərin dərsliklərini hazırlayırıq. Sentyabr ayında da həmin dərslikləri verəcəyik. 5-ci sinif dərslikləri də tamamilə yenilənib. Bu ildən ilk dəfə olaraq, 5-ci sinifdə kurrikulumun tətbiqinə başlanır. Orta məktəblərdə elektron dərsliklərin tətbiqinə gəlincə, nazirlik rəsmisi bildirib ki, hələ ki, bu məslə gündəmdə yoxdur”.  

F. Şahbazlının sözlərinə görə, elektron kitabların tətbiqi məsələsi hələlik gündəmdə deyil. “Tarix, biologiya, fizika, kimyaya dair elektron vəsaitlərimiz var. Amma hələ ki heç bir belə dərslik yoxdur”.  

Şagirdlərin çantalarının ağırlı ilə bağlı məsələnin yaxın zamanda həll  olunacağı məsələsinə də F. Şahbazlı aydınlıq gətirib: “ Biz çantanı söküb yenidən  tikməyəcəyik ki? Birinci sinif dərsliklərin hamısı bir yerdə 1 kilo 115 qramdır. Bu dərsliklərin heç bir ağırlığı yoxdur. Valideynlər uşaqların çantalarına su, yemək, idman paltarı qoymaqla çantaları ağırlaşdırırlar. Bu, artıq başqa bir məsələdir. Onu da deyim ki, bütün dərsliklər hər gün aparılmır axı? Belə olan halda çanta daha yüngül olur. Buna da uşağın gücü yetir. Ümumiyyətlə, uşağı tənbəl böyütmək olmaz”.  

Nihadə Eyyubova  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi