Bir müddət öncə Modern.az Azərbaycanda satılan yağların tərkibi ilə bağlı yazı işləmişdi. Bu yazıdan sonra “Ankor” və “Yeni Zenlandiya” yağlarının Ermənistanda istehsal edilərək Gürcüstana, sonra da Azərbaycana gətirilməsi haqqında fikirlər səsləndirildi. Biz də məsələnin ciddiliyini nəzərə alaraq, buna aydınlıq gətirmək istədik. Bu məqsədilə rəsmi qurumlardan səsləndirilən fikirlərə münasibət öyrənməyə çalışdıq.
Kənd Təsərrüfatı Nazirliyində bunu normal hesab edib burada “nə var ki?” desələr də, sonradan məlumatı təkzib etdilər. Nazirlikdən bildirdilər ki, bu mümkünsüzdür. Çünki malların gömrükdən keçirilərkən belə hala yol veriləcəyinə inanmırlar: “Bütün malların sənədləri olur. Odur ki, heç bir ərzaq məhsulu sənədsiz ölkəyə keçirilə bilməz. Ona görə də, belə bir faktın olması qeyri-mümkündür”.