Modern.az

Bakıda yarım milyon dollar aparan "mahir" oğru həbs edildi

Bakıda yarım milyon dollar aparan "mahir" oğru həbs edildi

Təhsil

27 Avqust 2012, 13:44

Paytaxt sakinindən bir milyona yaxın pul oğurlayan şəxs Rusiyaya tutuldu. Bu barədə Daxili İşlər Nazirliyindən Modern.az verilən məlumata görə, avqustun 10-da Bakı şəhər sakini B.Namazovu hədələyərək içərisində böyük məbləğdə pul olan çantasını almış şəxs tutulub.

Bildirilib ki, Daxili İşlər Nazirliyi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 10-da Bakı şəhər sakini Bəhruz Namazovu Yasamal rayonu ərazisində, tapançaya oxşar əşya ilə hədələyərək, içərisində 735.450 dollar pul olan çantasını ondan almış Qəbələ rayon sakini Elçin Abdullayev müəyyən edilərək tutulub.

Araşdırmalar zamanı E.Abdullayevin Sankt-Peterburq şəhərinin Baş Daxili İşlər İdarəsi tərəfindən Rusiya Federasiyası CM-nin 222-ci maddəsi ilə (qanunsuz olaraq odlu silah gəzdirmə) axtarışda olması müəyyən edilib.

Cinayətin digər iştirakçılarının da müəyyən edilərək tutulması istiqamətində tədbirlər davam etdirilir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi