Modern.az

Elmar Məmmədyarov İrandakı sammitə qatılmayacaq

Elmar Məmmədyarov İrandakı sammitə qatılmayacaq

Təhsil

27 Avqust 2012, 15:05

İranın paytaxtı Tehranda keçiriləcək Qoşulmama Hərəkatının zirvə toplantısında Azərbaycanı Xarici İşlər Nazirliyinin (XİN) xüsusi tapşırıqlar üzrə səfiri Yaşar Əliyev təmsil edəcək. Bu barədə Modern.az-a XİN-in mətbuat xidmətindən məlumat verilib. Nazirlikdən bildirilib ki, avqustun 28-29-da  Qoşulmama Hərəkatının Tehran Zirvə Toplantısı çərçivəsində keçirilməsi nəzərdə tutulan Xarici İşlər Nazirlərinin iclasında iştirak edəcək Azərbaycan nümayəndə heyətinə XİN-nin  xüsusi tapşırıqlar üzrə səfiri Yaşar Əliyev başçılıq edəcək.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi